QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyəli aparıcı və müğənni Defne Samyeli qızı Derin Talu ilə İstanbul metrosunda görüntülənib.

Ana və qız bu dəfə şəxsi avtomobillə deyil, ictimai nəqliyyatla hərəkət ediblər.

Derin Talu həmin anları videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb. O, videonun üzərinə “Ahh İstanbul” yazıb, paylaşımın açıqlamasında isə “Londra olsa, bəyənərsiniz” qeydini əlavə edib.

Derin Talunun paylaşımı sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.