Qlobal kibertəhlükəsizlik problemləri və zərərli proqram təminatlarının artması internet istifadəçilərinin şəxsi məlumatlarının qorunmasına yönələn diqqəti artırıb. Son dövrdə bu sahədəki təhdidlərə dair xəbərdarlıqları Dövlət İmtahan Mərkəzi (DİM) müvafiq açıqlama ilə yayıb.
Məlumatda bildirilir ki, DİM öz elektron xidmətləri, informasiya sistemləri və digər onlayn resurslardan istifadə edən şəxslərin hesablarının təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə edir. İstifadəçilər yalnız etibarlı və təhlükəsiz internet şəbəkələri üzərindən, öz şəxsi və ya etibarlı cihazlardan DİM-in elektron xidmətlərinə və “Şəxsi kabinet”lərə daxil olmalıdırlar. Tanınmayan internet klubları, ictimai kompüterlər və təhlükəsizliyinə əmindikləri digər qurğular şəxsi hesablarına giriş üçün istifadə edilməməlidir.
Təhlükəsizlik qaydaları çərçivəsində istifadəçilərə giriş məlumatlarını, şifrələri və təsdiq kodlarını başqaları ilə paylaşmamağı, tanınmayan şəxslərdən gələn keçidlərə (linklərə) klikləməməyi tövsiyə olunur. Qeyd olunur ki, şəxsi hesabların və məlumatların təhlükəsizliyinin təmin olunması yalnız texniki mühafizə ilə bağlı deyil, həm də istifadəçilərin məsuliyyətli davranışından asılıdır.
DİM istifadəçiləri elektron xidmətlərdən yararlanarkən diqqətli olmağa, şəxsi məlumatları qorumağa və kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.