QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında Qarabağın azad olunmasından danışıb.
Ərdoğan bildirib ki, altı il əvvəl İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Qarabağı qəhrəmanlıq göstərərək azad edib.
“Bu şanlı zəfər Azərbaycanın haqlı davasının təzahürüdür”, – Türkiyə Prezidenti vurğulayıb.