QafqazNews Yeni Şafak-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında qarşılayıb.

Prezident Ərdoğan İlham Əliyevin dəvəti ilə bu gün Qarabağa səfər edir. Ziyarət Azərbaycanın Zəfər Günü münasibətilə keçirilir.

Məlumata görə, səfər çərçivəsində Ərdoğan və Əliyev ikitərəfli görüş keçirəcəklər.

Xəbərdə qeyd olunur ki, məlumatlar canlı olaraq yenilənəcək. (Dərc tarixi: 08.11.2026)