QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, noyabrın 9-u üçün ölkədə hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi ərazilərdə yağıntının intensivləşərək leysana çevriləcəyi və şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək.
Paytaxt və yarımadada gecə temperatur 6-8, gündüz isə 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 764-dən 771 millimetr civə sütununa yüksələcəyi, nisbi rütubətin 75-85 faiz olacağı bildirilir.
Ölkənin bəzi rayonlarında da arabir yağıntı gözlənilir. Ayrı-ayrı yerlərdə yağış intensiv olacaq, dağlıq ərazilərdə qar yağacaq. Yağıntının axşam saatlarında tədricən dayanacağı, bəzi yerlərdə duman olacağı ehtimal edilir. Qərb küləyi mülayim, bəzi vaxtlarda isə güclü olacaq.
Rayonlarda gecə 5-9, gündüz 11-15 dərəcə isti gözlənilir. Dağlıq ərazilərdə gecə temperatur 2-6, gündüz isə 0-2 dərəcə şaxta olacaq.