QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada rəsmi mərasimlə qarşılanıb.
Hər iki ölkənin bayraqlarının dalğalandığı meydanda fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını qarşılayıb, qarovul dəstəsinin rəisi isə Ərdoğana raport verib.
Mərasimdə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Daha sonra fəxri qarovul dəstəsi hərbi marşın müşayiəti ilə dövlət başçılarının önündən keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Türkiyə Prezidentinə, Türkiyə nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olunub. Sonda prezidentlər rəsmi foto çəkdiriblər.