QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında birgə müdafiə barədə bağlanmış Məkkə sazişinin ratifikasiyasını nəzərdə tutan qanunu imzalayıb.
Fərman cümə günü “Resmî Gazete”də yayımlanıb. Beləliklə, Ankara noyabrın 5-də parlamentin təsdiqlədiyi sənəd üzrə ratifikasiya prosesini yekunlaşdırıb.
Avqustda Məkkədə imzalanmış razılaşmaya əsasən, tərəfdaşlardan hər hansı birinə yönələn hücum hər üç dövlətə qarşı təcavüz hesab ediləcək. Saziş ölkələr arasında qarşılıqlı müdafiə dəstəyini müəyyənləşdirir.
Sənəd Türkiyənin Səudiyyə Ərəbistanına hərbi yardım göstərməsinə də zəmin yaradır. Türkiyənin hakim partiyasından olan deputat daha əvvəl hökumətin türk hərbçilərinin krallıq ərazisində yerləşdirilməsinə imkan verən ayrıca mandatı parlamentə təqdim etməyi planlaşdırdığını bildirmişdi.
Üç ölkənin nümayəndələri cümə və şənbə günləri İslamabadda bir araya gələcəklər.