QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Sabah”la matçdan sonra rəqibin oyununu təqdir edib. Almaniyalı mütəxəssis bildirib ki, rəqibin itirəcəyi heç nə olmadığı üçün qarşılaşma asan keçməyib.
“Belə oyunlarda qələbə qazanmaq asan deyil. “Sabah”ın itirəcəyi heç nə yox idi və komanda yalnız sürpriz edə bilərdi. Görüş boyu topa sahibolma göstəricimizin 70 faizdən artıq olduğunu düşünürəm”, – Flik deyib.
O, “Sabah”ın oyun tərzini və baş məşqçinin fəaliyyətini də vurğulayıb, Bakıda üç xal qazandıqları üçün sevindiyini bildirib.
“Sabah” Çempionlar Liqasında mübarizə aparır və yaxşı iş görür. Baş məşqçinin topla oynamağa dair aydın fəlsəfəsi var. Komanda yaxşı və cəsarətli futbol oynayır. Bəzi anlarda bizə çətinlik yaratdılar. Buradan üç xalla ayrıldığımıza çox şadam. “Sabah”a və klubun bütün əməkdaşlarına uğurlar arzulayıram. Daim inkişaf etmək çox vacibdir. Burada gördüklərim onların bu istiqamətdə yaxşı nəticə əldə etdiyini göstərir”, – Flik qeyd edib.