QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində V turun oyunları arasında ən çox tamaşaçı toplayan üç qarşılaşmadan biri “Sabah”la “Barselona”nın görüşü olub.

Bakı Olimpiya Stadionunda keçirilən matçı tribunadan 66 321 nəfər izləyib. Bu nəticə qarşılaşmanı turun tamaşaçı sayına görə üçüncü pilləsinə çıxarıb.

Siyahının başında “Real”ın PSV üzərində 5:1 hesablı qələbə qazandığı oyun yer alıb. Madriddə baş tutan həmin görüşdə 76 176 azarkeş olub.

İkinci yeri “İnter”lə “Ştutqart”ın 2:0 hesabı ilə başa çatan qarşılaşması tutub. Bu oyunu stadionda 74 003 tamaşaçı izləyib.

“Sabah” isə “Barselona”ya 1:4 hesabı ilə uduzub.