QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyə Super Liqasının 13-cü turunda keçiriləcək “Beşiktaş” – “Qalatasaray” qarşılaşmasının baş hakimi müəyyənləşib.

Noyabrın 30-da baş tutacaq derbidə ədaləti Oğuzhan Çakır qoruyacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Görüş “Beşiktaş”ın meydanında, Tüpraş stadionunda keçiriləcək.