QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Bakıda “Sabah”–“Barselona” qarşılaşmasını izləyən rusiyalı keçmiş futbolçu Andrey Arşavin Kataloniya klubunu “Real Madrid”dən üstün tutmasının səbəblərini açıqlayıb.
Arşavin “Barselona”nın fərqli oyun üslubu və dəyişməyən futbol fəlsəfəsinə malik olduğunu deyib. O, klubun formalarını da daha çox bəyəndiyini bildirib.
“Barselonanı niyə sevirəm? Əvvəla, formaları mənə daha çox xoş gəlir. Həm də onların daim öz oyun tərzi olub. Mənim ömrüm boyu — təxminən 30 il ərzində — bu fəlsəfə dəyişməyib. “Real”da isə fəlsəfədən daha çox futbolçuların birliyi var”, – Arşavin müsahibəsində qeyd edib.
Andrey Arşavin karyerası ərzində “Zenit”, Londonun “Arsenal”ı, Qazaxıstanın “Kayrat”ı və “Kuban”da forma geyinib.