QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, FİFA prezidentliyi uğrunda üç nəfər namizədliyini irəli sürüb.

Namizədlərin adları beynəlxalq futbol qurumunun rəsmi saytında dərc olunub. Siyahıda Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo, Yaponiyanın Futbol Assosiasiyasına keçmişdə rəhbərlik edən Kodzo Tacima və hazırkı FİFA prezidenti Canni İnfantino yer alıb.

İnfantino 2016-cı ildən quruma rəhbərlik edir. Tacima isə 2015-ci ilin aprelindən FİFA-nın tərkibində fəaliyyət göstərir.

Yeni prezident 2027-ci il martın 18-də Mərakeşin Rabat şəhərində keçiriləcək FİFA-nın 77-ci Konqresində seçiləcək.

Namizədlərin siyahısı yoxlanılması üçün qurumun seçki komissiyasına göndərilib. Komissiya onların namizədlik meyarlarına uyğun olub-olmadığını araşdıracaq. FİFA-nın bildirdiyinə əsasən, üzv assosiasiyalara seçkidə iştirakına icazə verilən namizədlər barədə ən geci 2027-ci il fevralın 18-də məlumat çatdırılacaq.