QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, meksikalı futbolçu Luis Çaves həvəskar komandaların qarşılaşması zamanı güllələnərək öldürülüb.

Silahlı şəxslərin motosikletlərlə hadisə yerinə gəldiyi bildirilir. Hücum nəticəsində daha bir nəfər xəsarət alıb.

26 yaşlı Çaves daha əvvəl Meksika çempionatının üçüncü divizionunda mübarizə aparan “Atletiko San-Fransisko-del-Rinkon” klubunda çıxış edib. Son vaxtlar isə o, “Arandas” həvəskar komandasının üzvü olub.