QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Fransanın Ob departamentində sərnişin qatarı yük maşını ilə toqquşub və hadisə nəticəsində 13 nəfər xəsarət alıb.
Ob Prefekturasının məlumatına görə, qəza Barberey-Sent-Sülpis kəndində yerli vaxtla saat 07:50-də qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə əməkdaşları və tibbi yardım briqadaları göndərilib.
Fransanın milli dəmir yolu şirkəti SNCF bildirib ki, toqquşmadan sonra Trua ilə Romilli-sür-Sen şəhərlərini birləşdirən xəttdə qatarların hərəkəti dayandırılıb.