QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa ünvanladığı təbrikdə azərbaycançılıq məfkurəsinin ölkənin uğurlarının əsasını təşkil etdiyini bildirib. Onun sözlərinə görə, bu ideya bütün vətəndaşları bir araya gətirir və Azərbaycanı irəli aparır.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin nümayəndələri vahid ailə kimi yaşayırlar. Əliyev vurğulayıb ki, insanları birləşdirən amillər vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir.
Prezident azərbaycançılığı milli ideya kimi xarakterizə edərək, bunun gələcəyə aparan yol olduğunu bir daha bildirib.