QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Zəfər günündə Azərbaycanda olduğu üçün minnətdarlığını bildirib. Əliyev bunun bütün Azərbaycan xalqını sevindirdiyini deyib.
Dövlət başçısı bu fikirləri Ərdoğanla mətbuata birgə bəyanatları zamanı səsləndirib.
İlham Əliyevin sözlərinə görə, altı il əvvəl Şuşa şəhəri erməni işğalından azad edilib, ertəsi gün isə Ermənistan rəsmən təslim olub. Bununla 30 illik işğala son qoyulub.
Prezident qeyd edib ki, Şuşa 28 il işğal altında qalsa da, milli ruhunu qoruyub. Şəhərin azad olunması həm böyük rəmzi məna daşıyıb, həm də İkinci Qarabağ müharibəsinin mühüm mərhələlərindən biri olub.