QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin əməkdaşları Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər arasında təcrübə mübadiləsini genişləndirmək məqsədilə təşkil olunan beynəlxalq seminarlardakı təlimlərdə iştirak ediblər.
Nazirliyin məlumatına əsasən, tədbirlər iki mövzuya həsr olunub: “İnkişaf etməkdə olan ölkələr üçün elmi-texnoloji innovasiya və sahibkarlıq” və “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı üçün Elektron Ticarət”.
Təlimlərdə innovasiya və sahibkarlıq mühitinin inkişafı, həmçinin elektron ticarətin təşviqi üzrə beynəlxalq təcrübələr təqdim edilib. İştirakçılar bu istiqamətlər ətrafında fikir mübadiləsi aparıblar.