QafqazNews DHA-a istinadən xəbər verir ki, İran Baş Qərargah rəisi Tümgeneral Əli Abdullahi ABŞ-ın bölgədəki hərbi fəaliyyətləri barədə açıqlama verib.

Abdullahi ölkə mətbuatına açıqlamasında, ABŞ-ın müharibə zamanı zərər görən və əməliyyat baxımından funksiyasını itirmiş bəzi hərbi bazalarını daha uzaq məntəqələrə köçürməyə çalışdığını söyləyib.

O, bu addımın ABŞ hərbi bazalarının yerləşmə mövqelərini dəyişdirəcəyini, lakin bunun İranın təhdidlərə qarşı mövqeyinə təsir etməyəcəyini vurğulayıb. Abdullahi əlavə edib ki, bazaların köçürüləcəyi hər bir məntəqə İran Silahlı Qüvvələrinin atəş menzili daxilində olacaq.