QafqazNews Interfax-a istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (İİKK) şərq Ormuz boğazında hərəkət edən qazdaşıyan gəmidə mina ilə toqquşma nəticəsində partlayışın baş verdiyini bildirib.
İİKK-nın teleqram kanalında bildirilib ki, maye təbii qaz daşıyan gəmi dəfələrlə verilən xəbərdarlığı nəzərə almayaraq şərqi Ormuz rayonunu keçməyə cəhd edib. Gəmi mina ilə toqquşduqdan sonra güclü partlayış baş verib.
Qeyd olunur ki, gəmi Tehranın təsdiq etmədiyi, Oman sahilinə yaxın cənub marşrutu ilə boğazı keçməyə çalışıb. İİKK dəfələrlə bu dəniz yolunun təhlükəli olduğunu xəbərdar edib və Ormuz boğazının İran silahlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayıb.