QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən COP31 Liderlər Sammitində Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanlayıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası çərçivəsində baş tutan söhbətdə jurnalist soruşub: “Əgər dünyanın prezidenti olsaydınız, iqlim dəyişikliyi ilə bağlı nəyi dəyişərdiniz?”

İlham Əliyev cavabında bildirib: “İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını və dünyanı qorumaq üçün əlindən gələni etməsini tövsiyə edərdim”.

Söhbətin sonunda Həmid İxtiyar planetin gələcəyi barədə fikirlərini bölüşdüyünə və müsahibəyə vaxt ayırdığına görə Prezident İlham Əliyevə təşəkkür edib.