QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransını (COP34) keçirmək üçün namizədliyini irəli sürüb.
Ətraf mühit naziri Ambarsum Matevosyan bu barədə COP31 çərçivəsində Antalyada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşünün ardından danışıb.
Matevosyan görüş zamanı Ermənistanın namizədliyini təqdim etdiyini və ölkənin 2029-cu ildə COP34-ə ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Nazirin sözlərinə görə, COP34-ə sədrlik ölkəyə qlobal iqlim təşəbbüslərinə töhfə vermək imkanı yaradacaq.
O, namizədliyin növbəti mərhələlərində Şərqi Avropa qrupuna daxil olan ölkələr və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının katibliyi ilə açıq, konstruktiv əməkdaşlığa hazır olduqlarını da vurğulayıb.