QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, ABŞ-nin baş prokuroru və ədliyyə naziri Todd Blanş bir neçə aydır ölkədəki hərbi bazalardan birində yaşayır.

Blanşın yaşayış yerini dəyişməsinə nəyin səbəb olduğu açıqlanmayıb. Onun hazırda hansı bazada qaldığı barədə də məlumat yoxdur.

Hərbi obyektə köçən ABŞ administrasiyası təmsilçiləri arasında Blanş tək deyil. Daha əvvəl ABŞ-nin hərb naziri Pit Heqset və Dövlət katibi Marko Rubio da Vaşinqtondakı bazalardan birində məskunlaşıblar.

Həmçinin, bu yaxınlarda maliyyə naziri Skott Bessentin İran tərəfdən təhdidlər aldığı iddiasından sonra hərbi obyektdə yaşamağa başladığı bildirilir.