QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin qurucusu və rəhbəri Leyla Əliyeva Antalyada COP31 çərçivəsində baş tutan panel iclasda iştirak edib. Tədbir Azərbaycan pavilyonunda “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusuna həsr olunub.
Açılış nitqində Leyla Əliyeva qadınların ictimai həyatda roluna və onların imkanlarının inkişaf etdirilməsinin vacibliyinə toxunub. O, türk dövlətləri arasında bu sahədə əməkdaşlığın artırılmasının əhəmiyyətini də vurğulayıb.
IDEA İctimai Birliyinin layihələrində qadınların fəal olduğunu bildirən Əliyev, xüsusilə bölgələrdə həyata keçirilən təşəbbüslərin onlar üçün yeni imkanlar açdığını qeyd edib.
Paneldə çıxış edənlər arasında Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, eləcə də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva yer alıblar.
İştirakçılar iqlim dəyişikliyinə qarşı mübarizədə qadınların iqtisadi fəallığının yüksəldilməsini, iqlim investisiyalarına çıxışın genişləndirilməsini və qərarların qəbulunda iştiraklarının təmin olunmasını əsas məsələlər kimi qeyd ediblər. Türk dünyasının qadın sahibkarları arasında əməkdaşlıq, təcrübə paylaşımı və ortaq innovativ təşəbbüslərin artırılmasının vacibliyi də diqqətə çatdırılıb.