QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Oman U-23 yığması ilə ilk yoxlama matçında qarşılaşıb.

“Bank Respublika Arena”da keçirilən görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində Niyazi Osmanov 50-ci və 59-cu dəqiqələrdə qol vuraraq dubl müəllifi olub.