QafqazNews Haber Global-a istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Naziri Zakir Hasanov Türkiyə Müdafiə Naziri Yaşar Gülerə başsağlığı mesajı göndərib.
Hasanov mesajında bildirib ki, Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd hərbçinin həyatını itirməsi xəbəri onu dərin kədərə boğub.
“O, həyatını itirən hərbi qulluqçulara Allahdan rəhmət, yaxınlarına səbir dilədiyini və ailələrinə ən dərin başsağlıqlarını çatdırdığını” qeyd edib.