QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Kriştiano Ronaldo Portuqaliya millisindəki çıxışını rəsmən başa vurduğunu açıqlayıb. 40 yaşlı futbolçu bu barədə sosial media hesabında paylaşım edib. O, 23 il ərzində milli komandanın formasını geyinib.

Ronaldo Portuqaliya yığmasının heyətində 234 qarşılaşmada meydana çıxıb, 146 dəfə fərqlənib və 45 məhsuldar ötürmə verib. Bu göstəricilərlə o, milli komandalar tarixində həm ən çox qol vuran, həm də ən çox oyun keçirən futbolçu olaraq qalır.

Portuqaliya ilə Avro-2016-nın, eləcə də UEFA Millətlər Liqasının iki dəfə qalibi olan hücumçu altı müxtəlif Dünya Çempionatında və beş ayrı Avropa Çempionatında qol vuran yeganə oyunçudur.