QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kristiano Ronaldo Portuqaliya milli komandasında çıxışını dayandırıb. 41 yaşlı futbolçu bu barədə sosial şəbəkədəki hesabında məlumat yayıb.
Ronaldo 2003-cü ildən Portuqaliya yığmasının üzvü olub. O, komanda ilə 2016-cı ildə Avropa çempionluğunu, həmçinin 2018/2019 və 2024/2025 mövsümlərində UEFA Millətlər Liqasının qalibliyini qazanıb.
Futbolçu sonuncu dəfə UEFA Millətlər Liqasında Norveçlə keçirilən və 2:1 hesabı ilə başa çatan oyundan sonra milli komandanın düşərgəsini icazəsiz tərk etmişdi. Hadisədən sonra federasiya ona bir aylıq cəza tətbiq edib və 255 avro məbləğində cərimə kəsib.