QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana işgüzar səfər edəcək.
Səfər zamanı Ərdoğan Azərbaycan Prezidenti ilə görüşəcək. Danışıqlarda ikitərəfli əlaqələrin inkişafı, İrəvan-Bakı və Ankara-İrəvan münasibətləri, eləcə də Türk Dövlətləri Təşkilatında inteqrasiyanın gücləndirilməsi müzakirə olunacaq.
Tərəflər regiondakı proseslər, xüsusilə Yaxın Şərq, Körfəz və İran ətrafında baş verən hadisələrin bölgəyə təsirləri, habelə regional və qlobal gündəmdəki digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Türkiyə Prezidentinin Zəfər Günü tədbirində iştirakı gözlənilir. Səfərdə onu bir sıra nazirlər və Türkiyə hökumətinin rəsmiləri müşayiət edəcək. Görüşlər başa çatdıqdan sonra Ərdoğan Ankaraya qayıdacaq.