QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində, Duz gölünün qarşısında aparılan qazıntı ərazisinin hasarlanmaması təhlükəsizliklə bağlı narahatlıq yaradıb.

Sahədə qoruyucu çəpərin və təhlükə barədə xəbərdarlıq edən nişanların olmadığı müşahidə edilib. Bu hal qazıntı zonasının yaxınlığından keçən sakinlər, xüsusən uşaqlar üçün risk yaradır.

Ərazidə işləyənlərdən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb. Sualları cavablandıra biləcək məsul şəxs yerində olmayıb.

Sakinlər qazıntının hansı məqsədlə aparıldığını və işlər görülərkən təhlükəsizlik qaydalarının nəyə görə təmin edilmədiyini soruşurlar. Aidiyyəti qurumların vəziyyəti araşdırması, ərazidə yoxlama aparması və mümkün təhlükələrin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməsi gözlənilir.