QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Çin hərbi aviasiyası Tayvan ətrafında 21 uçuş həyata keçirib. Uçuşlar suverenlik mübahisəsinin davam etdiyi ada yaxınlığında qeydə alınıb.

Tayvan Müdafiə Nazirliyinin sosial şəbəkədə yaydığı məlumata əsasən, bombardmançı və dəstək təyyarələri, qırıcılar, eləcə də helikopter dünəndən bu gün səhərədək ərazi üzərində uçub.

Nazirlik uçuşların 19-da Tayvan boğazının tərəflərin təsir zonalarını ayırdığı qəbul olunan orta xəttinin keçildiyini bildirib. Bu hərəkətlər Tayvanın hava hücumundan müdafiə identifikasiya zonası elan etdiyi sahənin şimalında, mərkəzində, cənub-qərbində və şərqində baş verib.

Məlumatda, həmçinin Çinlə əlaqəli 8 hərbi gəminin və 8 rəsmi dövlət gəmisinin ada ətrafında hərəkət etdiyi qeyd olunub.