QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Avstraliyanın Melburn şəhərində üç xəstəxananın tualetində qadın həmkarlarını gizli şəkildə videoya çəkən 28 yaşlı həkim Rayan Çonun məhkəmə prosesi davam edir. İttiham tərəfinin bildirdiyinə görə, çəkilişlər 874 qadını əhatə edib.
Sinqapurlu həkim iyul ayında 900-dən artıq epizodla bağlı irəli sürülmüş 13 ittiham üzrə təqsirini qəbul edib.
Araşdırma zamanı müəyyən olunub ki, Ço 2021–2025-ci illərdə işlədiyi xəstəxanaların tualetlərində gizli çəkilişlər aparıb. Onun cihazlarından üç mindən çox video tapılıb.
Son iclasda zərərçəkənlər baş verənlərin onlara ciddi psixoloji təsir etdiyini söyləyiblər. Onlardan bəziləri iş yerindəki tualetdən istifadə etməkdən hələ də çəkindiklərini qeyd ediblər.
Məhkəmənin hökmü 2027-ci il fevralın 12-də elan edilə bilər. Çonu 10 ildən artıq həbs cəzası, eləcə də cəzasını çəkdikdən sonra Avstraliyadan deportasiya olunmaq riski gözləyir.