QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev bu gün cəzaçəkmə müəssisəsindən azad olunub. O, 2020-ci ildə həbs edilmiş, 2022-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Məhkəmə onu külli miqdarda mənimsəmə, rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə mühakimə edib.
Ali Məhkəmənin 2024-cü ildə çıxardığı qərarla onun 12 illik cəzası 8 il 6 aya endirilib.