QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Xocəsən Sağlamlıq Mərkəzinin direktoru dəyişib. Mehriban Qaralova yaş həddi ilə əlaqədar vəzifəsindən ayrılaraq təqaüdə göndərilib, onun yerinə Səbinə Məmmədova təyin olunub.
Qaralova 2022-ci ilin noyabrında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktorluğundan azad edilmiş və Xocəsən Sağlamlıq Mərkəzində bu vəzifəyə gətirilmişdi.
O, sabiq baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat və professor Zahid Qaralovun qızıdır.