QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyənin sabiq xarici işlər naziri, parlament deputatı Mövlud Çavuşoğlu Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib. O, təbrikini sosial media hesabında paylaşıb.
Çavuşoğlu Qarabağın işğaldan azad olunması ilə Azərbaycanın tarixi zəfər qazandığını vurğulayaraq, bu qələbənin altıncı ildönümünü təbrik edib. O, zəfərin qəhrəmanlarına hörmət və minnətdarlığını bildirib, şəhidlərin xatirəsini rəhmətlə anıb.
“Zəfərlərin daim olsun, şanlı bayrağın azad torpaqlarında əbədi dalğalansın, can Azərbaycan”, – deyə Mövlud Çavuşoğlu qeyd edib.