QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Portuqaliya millisinin üç futbolçusu Danimarkaya 1:4 hesabı ilə məğlub olduqları UEFA Millətlər Liqasının 5-ci tur qarşılaşmasından sonra komandanın düşərgəsini tərk edib.

Müdafiəçi Ruben Diaş və yarımmüdafiəçi Joao Palinya sarı vərəqə limitinə çatdıqlarından noyabrın 17-də Uelslə keçiriləcək görüşdə meydana çıxa bilməyəcəklər.

Zədəli Bernardo Silva da növbəti matçda oynamağa hazır olmadığı üçün düşərgədən ayrılıb.

Portuqaliya yığması qrupda 12 xalla liderlik edir.