QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 8-də Yer kürəsində G1 səviyyəli maqnit qasırğası gözlənilir. Proqnoz yenilənmiş hesablamalara əsaslanır.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının rəsmi saytında məlumat yayımlanıb.
Hadisə zəif səviyyəli qiymətləndirilsə də, geomaqnit aktivliyinə həssas olan şəxslərə ehtiyatlı davranmaq tövsiyə olunur.
Həmin gün Kp indeksi 5 bala çatacaq. Bu göstəricinin yüksəlməsi maqnitosferdə həyəcanlanmalara səbəb olacaq.