QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Misirin Giza əyalətində iki qatarın toqquşması azı 150 nəfərin xəsarət alması ilə nəticələnib.
Misirin “Masrawy” nəşrinin məlumatına görə, qəza bu gün günorta Əl-Əyyat rayonunda, Kəfr-Əmmar və Ər-Rəqqa stansiyaları arasındakı dəmir yolu hissəsində baş verib. Toqquşmadan sonra dörd vaqon relsdən çıxıb. İlkin məlumatlarda yaralıların çoxunda sınıq və əzilmələrin olduğu bildirilir.
Hadisə yerinə 50-dən artıq təcili tibbi yardım avtomobili göndərilib. Xəsarət alanların daşınması üçün yerli sakinlərin avtomobillərindən də yararlanılıb. Bölgədəki tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçib. Qəzanın səbəbi barədə hələ açıqlama verilməyib.