QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 10-cu turunda “Liverpul” səfərdə “Kristal Pelas” üzərində 3:1 hesablı qələbə qazanıb. Qarşılaşma Londonun “Selhörst Park” stadionunda keçirilib.
Qonaqların qollarını 40-cı dəqiqədə Aleksis Mak Allister, 54-cü dəqiqədə Florian Virts və 89-cu dəqiqədə Aleksander İsak vurub. “Kristal Pelas”ın yeganə qolunun müəllifi isə 90+5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Eddi Nketia olub.
Oyundan sonra 7 xalı olan “Kristal Pelas” turnir cədvəlinin 19-cu pilləsində qalıb. “Liverpul” 18 xalla dördüncü sıradadır.
Turun digər görüşündə “Sanderlend” öz meydanında “Çelsi”ni qəbul edib. Meydan sahibləri 36-cı dəqiqədə Entso Le Fenin vurduğu yeganə qolla 1:0 hesablı qələbə əldə ediblər.
Bu nəticədən sonra “Sanderlend” 8 xalla 18-ci pilləyə yüksəlib. 16 xalı olan “Çelsi” isə beşinci sırada yer alıb.