QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Misirin paytaxtı Qahirənin cənubundakı qatar qəzasında azı dörd nəfər həyatını itirib, 88 nəfər yaralanıb. Bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin bildirdiyinə görə, bu gün səhər Giza şəhərindən Fəyyuma gedən sərnişin qatarı Qahirədən Asuana doğru hərəkət edən başqa bir qatarla toqquşub.

Toqquşma nəticəsində bir neçə vaqon relsdən çıxıb. Hadisənin səbəbləri araşdırılır.