QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, türkiyəli aktyor Onur Akbay “Yeraltı” serialının heyətinə qoşulub. “Sıfır Bir”də Cihat obrazı ilə tanınan aktyor yeni ekran işində Behramı canlandıracaq.
Akbay NOW telekanalında yayımlanan serialda 24-cü bölümdən etibarən tamaşaçıların qarşısına çıxacaq. Behram süjetə Bozo və Rüzgarın rəqibi kimi daxil olacaq. Yeni obrazın gəlişinin hadisələrə təsir göstərməsi, serialdakı münasibətləri və güc balansını dəyişməsi gözlənilir.
Baş rollarda Uraz Kaygılaroğlu, Devrim Özkan və Deniz Can Aktaşın yer aldığı “Yeraltı” hər həftənin çərşənbə axşamı yayımlanır.