QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatında yaxınlaşan güclü fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Ştatın qubernatoru Miki Şerrill sosial şəbəkə hesabında bildirib ki, xüsusi rejim yerli vaxtla saat 18:00-dan qüvvəyə minəcək.
Şerrillin sözlərinə görə, cümə gününədək ştatda güclü külək və intensiv yağış proqnozlaşdırılır. Sakinlərə elektrik enerjisinin uzun müddət kəsilməsinə, nəqliyyat marşrutlarının dəyişməsinə və yolların bağlanmasına hazır olmaları tövsiyə edilib.
Qubernator fırtınaya hazırlıq işlərinin fasiləsiz aparıldığını və sahilyanı ərazilərə əlavə resursların yönəldildiyini qeyd edib.
Avtomobil və dəmir yollarında vəziyyətin izlənildiyi, əhalinin təhlükəsizliyini təmin etmək üçün yerli hakimiyyət orqanları ilə birgə fəaliyyət göstərildiyi də bildirilib.