QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı zamanı saxlanıldığı bildirilən müğənni Özcan Denizlə bağlı yeni məlumat yayılıb.

Sənətçinin əmisi Halit Deniz sosial şəbəkədə paylaşım edərək qardaşı oğlunun qadağan olunmuş maddələrdən istifadə etmədiyini və azadlığa buraxıldığını bildirib.

Halit Deniz yazıb ki, Özcan Deniz indiyədək bu cür maddələrdən istifadə etməyib və bunun rəsmi təsdiqi var. O, müğənninin artıq sərbəst olduğunu da sevənlərinə çatdırıb.

Sənətçinin özü məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.