QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Paraqvayın vitse-prezidenti Pedro Alyana Prezident Santyaqo Penyanın impiçmentindən sonra dövlət başçısı vəzifəsinə başlayıb.
Andiçmə mərasimi Konqresin yuxarı palatası olan Senatorlar Palatasının “YouTube” kanalında yayımlanıb. Alyana parlamentin hər iki palatasının üzvlərinin iştirakı ilə and içib.
Paytaxt Asunsionda keçirilən rəsmi mərasimdə yeni prezident vəzifə rəmzi olan əsanı qəbul edib.