QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Sovet və Rusiya kinosunun tanınmış aktrisası Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib. Bu barədə qızı Mariya Şukşina məlumat yayıb.
Aktrisa oktyabr ayında ürəyində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilmişdi.
Lidiya Fedoseyeva-Şukşina 25 sentyabr 1938-ci ildə anadan olub. Onun kinoda ilk böyük rolu 1959-cu ildə ekranlaşdırılan “Həmyaşıdlar” filmində olub.