QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, rusiyalı musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumat bazasına əlavə olunub.
Yayımlanan məlumatlarda Priqojinin siyahıya salınması onun Rusiyanın siyasətinə və fəaliyyətinə dəstək verməsi ilə əsaslandırılıb. Bildirilir ki, prodüser 2018-ci ildə Rusiya Prezidenti Vladimir Putinin etibarlı nümayəndəsi olub.
Rusiyanın xalq artisti Filipp Kirkorov da “War & Sanctions” portalının reyestrində yer alıb.
Bundan əvvəl müğənni Nikolay Baskovun da Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edildiyi bildirilmişdi.