QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ukrayna ilə bağlı Əbu-Dabidə keçiriləcək danışıqlarda Rusiyanı təmsil edəcək şəxslərin adları açıqlanıb.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun sözlərinə görə, nümayəndə heyətində Rusiya prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, eləcə də Baş Qərargahın iki idarəsindən İqor Kostyukov və Yuri Jiqarlovski yer alacaq.

Həmin şəxslər və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ötən gün Vladimir Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirəyə çağırılıblar.

Peskov bildirib ki, beynəlxalq məsələlər üzrə prezident köməkçisi olan Uşakov danışıqlara kuratorluq edir. Medinski, Ryabkov, Qaluzin, Kostyukov və Jiqarlovski isə Əbu-Dabiyə gedəcək Rusiya nümayəndə heyətinin üzvləridir.

Putin daha əvvəl ABŞ və Ukrayna ilə danışıqların noyabrın 10-1-də Əbu-Dabidə baş tutacağını təsdiqləyib.