QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezainin Moskvaya getməsi üçün şəxsi təyyarəsini Tehrana göndərdiyi iddia edilir.
“İranlı jurnalistin gündəliyi” adlı “Telegram” kanalı bu barədə məlumat yayıb. Kanalın bildirdiyinə görə, Rezai Rusiya paytaxtında dövlət başçısı səviyyəsində qarşılanıb.
Məlumatda, həmçinin, Putinlə görüşdə İranın Rusiya və Çin arasındakı əməkdaşlıq səviyyəsində tam və məhdudiyyətsiz dəstək alacağına dair vəd verildiyi iddia olunur.