QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Füzuli Beynəlxalq Hava Limanında Türkiyə prezidentinin gəlişi münasibətilə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanı, həmçinin xanımı Əminə Ərdoğanı qarşılayıblar.