QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, “Qarabağ”ın yamaykalı futbolçusu Renaldo Sefasın Ağdam klubundakı gələcəyi qeyri-müəyyən olaraq qalır. 26 yaşlı hücumçu komandada özünü xoşbəxt hiss etmədiyindən ayrılmaq niyyətindədir.
Sefas əsas heyətdə daimi oynamaq imkanı əldə edə biləcəyi yeni komanda axtarır.
Yamaykalı futbolçu daha əvvəl Türkiyənin “Ankaragücü” klubu ilə də problem yaşayıb. Onun müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədə olsa da, klubun razılığı olmadan komandadan ayrılaraq Rusiyanın “Pari Nijni Novqorod” klubuna keçib.
Bunun ardınca “Ankaragücü” rəhbərliyi təzminat hüquqlarını qorumaq üçün FIFA-ya və Türkiyə Futbol Federasiyasına şikayət ünvanlayıb.
Renaldo Sefas 2026-cı ilin yayında “Pari Nijni Novqorod”dan “Qarabağ”a transfer edilib. Ağdam klubu Yamayka millisinin üzvü ilə 2029-cu ilin yayınadək üçillik müqavilə bağlayıb.