QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya inzibati bina sahəsinin icarəsi ilə bağlı satınalma prosesini başa çatdırıb.

Qurum icarə xidmətlərinə görə 1 194 804 manat ödəyəcək. Bu məbləğ 1 milyon 194 min 804 manata bərabərdir.

Satınalma şərtlərində bildirilib ki, vəsait Milli Observatoriyanın fəaliyyətinə lazım olan ofis və inzibati bina sahəsinin icarə xərclərini əhatə edir.